"Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixi köklərə malikdir" – Deputat

13:57 - 20 Oktyabr 2025

\"Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixi köklərə malikdir\" – Deputat

"Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixi köklərə malikdir. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir".


Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, bu gün Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və müttəfiqlik xarakteri daşıyır:

“Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə iki ölkə arasında münasibətlərin inkişafına dair mühüm fikirlər söylədi. Dövlət başçısı qeyd etdi ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.

Deputat bildirib ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük təkan verib:

“Prezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana planlaşdırılan səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açacaq. Hesab edirəm ki, səfər çərçivəsində çox faydalı müzakirələr aparılacaq, əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində yeni addımlar atılacaq. Bu gün Azərbaycanla Qazaxıstan arasında möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd mövcuddur və bu sənədlər siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlığı təmin edir”.

Deputat əlavə edib ki, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman səmərəli əməkdaşlıq mövcud olub. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az