Ramiz Mehdiyevin kürəkənindən AÇIQLAMA - “Əvvəl araşdırın, sonra danışın” 

11:31 - 21 Oktyabr 2025

Ramiz Mehdiyevin kürəkənindən AÇIQLAMA - “Əvvəl araşdırın, sonra danışın” 

Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev açıqlama verib.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, baş redaktor S.Telmanqızı ona R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa çağıırlması ilə bağlı suallar ünvanlamaq istəsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.

O, deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur:

“Mən sizim efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləçdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.

İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az