Ölkəmizdə səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Məlumata görə, görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakan Yardımcımız Büyükelçi Berris Ekinci, Türkiye-Azerbaycan Siyasi İstişareleri vesilesiyle bulunduğu Bakü’de, Azerbaycan Cumhurbaşkanının Dışişlerinden Sorumlu Yardımcısı Hikmet Hacıyev ve Azerbaycan Cumhurbaşkanının Özel Görevler Temsilcisi Halef Halefov’la biraraya geldi.… pic.twitter.com/XGIyegAr6W
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) October 28, 2025