Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

14:53 - 29 Oktyabr 2025

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

"Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması üzərində iş aparır".


Manset.az Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib.

Onun sözlərinə görə, iki ölkənin icbari sığorta büroları arasında imzalanmış razılaşma əsasında avtomobil nömrələrinin qarşılıqlı tanınması istiqamətində addımlar atılıb:

"Artıq belə bir sistem qurulur ki, Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana daxil olan və ya əksinə, Azərbaycan nömrəsi ilə Türkiyəyə keçən avtomobil avtomatik tanınsın. Bu, həm fırıldaqçılıq hallarının qarşısını alacaq, həm də qəza zamanı ödənişlərin daha sürətli həyata keçirilməsinə imkan verəcək".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az