Azərbaycan və Pakistanın XİN başçıları müzakirə apardılar

21:21 - 21 Fevral 2026

Azərbaycan və Pakistanın XİN başçıları müzakirə apardılar

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.


Manset.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq hadisələri, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə ediblər.

Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az