“Bölgə rəhbərləri ilə apardığım məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrindən sonra ona dəstəyimizi və həmrəyliyimizi ifadə etdim”.
Manset.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “X” hesabında yazıb.
O, həmçinin, Fransa vətəndaşlarının təxliyəsini asanlaşdırmaq üçün Azərbaycanın göstərdiyi yardıma görə də Azərbaycana təşəkkür edib.
“Bu fürsətdən istifadə edərək, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım”, - deyə Makron əlavə edib.