Goranboyda zəhərlənmə hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 31 yaşlı G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.