Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində “Energetiklər” adlanan yaşayış massivində qeydə alınıb.
Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.
İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.
Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir.