Azərbaycanda dövlət agentliyi ləğv edildi

10:27 - 14 Mart 2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv edilib.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs ləğv edilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Qeyd edək ki, Fərman 6 mart 2026-cı ildə imzalanıb və qüvvəyə minib.

Xatırladaq ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi Ali Məclisin sədr müavini Anar İbrahimovun müvafiq Fərmanı ilə 29 avqust 2024-cü ildə yaradılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az