Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin əmri ilə hissə rəisi Vüqar Şirinov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə həmin vəzifəyə Kənan Qüdrət oğlu Eldarov təyin edilib.