Milli Məclis (MM) Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.
Spiker Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya gələcək fəaliyyətlərində uğurlar və cansağlığı arzulayıb.
Deputatlar isə MM sədrinin təbriklərinə alqışlarla qoşulublar.