“Yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” - ABŞ Prezidenti

20:41 - 20 Mart 2022

“Yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” - ABŞ Prezidenti

Manset.az xəbər verir ki, bu fikirlər ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə və Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində yer alıb.

“Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - Cozef Bayden qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az