Türkiyə-Ermənistan sərhədində həyəcanlı ANLAR - FOTO

08:15 - 12 Aprel 2022

Türkiyə-Ermənistan sərhədində həyəcanlı ANLAR - FOTO

Türkiyə ilə Ermənistan sərhədində yanğın olub.

 

Manset.az bildirir ki, APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Araz çayının sahilində baş verib. Yanğın qamışlığa sığınan qabanları qaçırtmaq üçün ermənilər tərəfindən törədilib. Qısa müddətdə yanğın nəzarətdən çıxaraq yaxınlıqdakı meşəlik əraziyə keçib.

Yanğının Tuzluca rayonunun Turabi kəndinə doğru yaxınlaşdığı bildirilir.

Ancaq Araz çayı yanğının Türkiyə ərazisinə girməsinə imkan verməyib.

Doğan xəbər agentliyinin məlumatına görə, yanğının başlamasından bir neçə saat keçməsinə baxmayaraq, erməni tərfdən hadisənin qarşısını almaq üçün heç bir tədbir görülmür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az