“Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib”.
Manşet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”, - deyə dövlət başçısı vurğulayıb.