Süleyman Kərimovun yaxtasına həbs qoyuldu

09:42 - 14 Aprel 2022

Süleyman Kərimovun yaxtasına həbs qoyuldu

Fici Respublikası rusiyalı milyarder Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarına istinadən “FBC” telekanalı yayıb.

Polisdən bildirilib ki, “Amadea” adlı yaxta aprelin 13-ü Fici hökumətinin müvafiq icazəsi olmadan Ficinin iqtisadi zonasına daxil olub. Bunun ardınca gəmi saxlanılıb və onun sahibinin kim olmasına dair araşdırmalara başlanılıb.

“İlkin məlumata görə, yaxta Süleyman Kərimova məxsusdur”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) cari ilin mart ayının ortalarında Süleyman Kərimova sanksiya tətbiq edib. Sözügedən sanksiya çərçivəsində iş adamına Aİ-yə daxil olmaq qadağan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az