Edi Rama: "Albaniya Azərbaycanın tarixi hüquqlarını dəstəkləyir"

20:10 - 14 Aprel 2022

Edi Rama: \"Albaniya Azərbaycanın tarixi hüquqlarını dəstəkləyir\"

"Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək".

Manşet.az xəbər verir ki, bu barədə ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın baş naziri Edi Rama Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.

"Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq", - Edi Rama qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az