Türkiyə məktəbliləri İlham Əliyevə məktub yazdı - FOTO

10:17 - 15 Aprel 2022

Türkiyə məktəbliləri İlham Əliyevə məktub yazdı - FOTO

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər.

 

Manset.az Report-a istinadla xəbər verir ki, məktuba dərhal reaksiya verilib.

Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib. Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib ki, dərsdə amerikalı bir uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər. Sinif olaraq qərara gəliblər ki, məktubu İ.Əliyevə yazsınlar. Onlar məktubda Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar. Məktəblilərin səfəri sabah başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az