Rusiya çıxılmaz vəziyyətdə: ŞOK! Uşaqlar müharibəyə cəlb olundu

12:35 - 18 Aprel 2022

Rusiya çıxılmaz vəziyyətdə: ŞOK! Uşaqlar müharibəyə cəlb olundu

Ukraynanın işğalında ağır itki verən Rusiya ordusunun fərqi aradan qaldırmaq üçün uşaqları orduya cəlb etməyə başladığı bildirilib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məlum olub ki, əvvəllər də pensiyada olan veteranları xidmətə çağıran Kreml bu əməliyyat üçün “vətənpərvərlik klublarından” istifadə edib.

İnsan haqları rəsmilərinin sözlərinə görə, Kreml Ukraynanın şərqində indiyədək müharibədə öldürülən, yaralanan və ya əsir götürülən təxminən 30 min əsgərin yerinə gənclər klublarından uşaqları cəlb edib. 

Bu yaxınlarda Rusiya KİV-ləri Ukrayna ordusunun getdikcə daha çox tankı məhv etməsindən sonra Kremlin pensiyada olan veteranları və könüllüləri Çelyabinsk və Tümendə orduya qoşulmağa çağırdığını bildirib. 

Britaniyanın “The Times” qəzetinin xəbərinə görə, 60 yaşlı və əksəriyyəti Moskvadan kənardan olan təxminən 60 min ehtiyatda olan hərbçi artıq döyüşə çağırılıb. 

Kreml daha çox tank komandiri, snayper və mühəndis tapmağa çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az