Ərdoğandan Azərbaycan - Açıqlaması

23:14 - 18 Aprel 2022

Ərdoğandan Azərbaycan - Açıqlaması

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgədə davamlı sülhə nail olmaq imkanları üçün böyük fürsət yaranıb”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Gündəlikdə olan qlobal problemlərdən bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə qonşu Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdirir.

Prezident çıxışında Rusiya-Ukrayna müharibəsinin və Suriya böhranının həlli yollarına və digər aktual məsələlərə toxunaraq qeyd edib ki, dünyada sülh, sabitlik və inkişafa nail olmaq yeganə düzgün yoldur və Türkiyənin bu məsələlərdə mövqeyi dəyişməz qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az