Əkrəm İmamoğlunun həbsi istənildi

15:58 - 20 Aprel 2022

Əkrəm İmamoğlunun həbsi istənildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun "İdarə Heyətində çalışan dövlət məmurlarını davamlı olaraq təhqir etmə"yə görə 1 il 3 ay 15 gündən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

 

Manset.az Türkiyə mediasına istinadla xəbər verir ki, onun 4 noyabr 2019-cu ildə mətbuata açıqlamasında İdarə Heyətinin üzvlərini təhqir etdiyi iddia edilir. Əkrəm İmamoğlunun işi ilə bağlı rəyini açıqlayan prokurorluq onun 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İmamoğlunun vəkili Kemal Polat müdafiə hazırlamaq üçün vaxt tələb edib. Vəkilinə vaxt verən məhkəmə iclası təxirə salıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az