Ukrayna səfirliyi humanitar yardım üçün Azərbaycana təşəkkür ETDİ

18:46 - 21 Aprel 2022

Ukrayna səfirliyi humanitar yardım üçün Azərbaycana təşəkkür ETDİ

Ukraynanın Azərbaycandakı səfirliyi növbəti humanitar yardım üçün Azərbaycana təşəkkür edib.

Manşet.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.

"Azərbaycan Rusiyanın hücumundan sonra Ukraynaya 1000 tondan çox mühüm humanitar yardım çatdırıb! Təşəkkürlər, Dostlar!", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsullarından ibarət növbəti yardım yola salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az