Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, millət vəkili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına salamını çatdırıb.
O, Azərbaycan-Türkiyə qardaşlığından danışıb, iki dövlətin bir-birinə dəstəyini vurğulayıb.
Şamil Ayrımın çıxışı alqışlarla qarşılanıb.