İran XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

01:10 - 25 Aprel 2022

İran XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bu həftə ərzində Azərbaycana səfər edəcək.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi İranla əlaqələrə xüsusi önəm verir. Bununla əlaqədar tez-tez qarşılıqlı səfərlər baş tutur.

Səfir əlavə edib ki, növbəti ayda da qarşılıqlı səfərlər həyata keçiriləcək.

“Eyni zamanda növbəti ayda Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin İrana səfəri həyata keçirilə bilər. Bundan başqa may ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası Bakıda keçiriləcək. Bu iclasa İƏT-ə üzv ölkələrin parlamentlərinin sədrləri dəvət olunub. İran parlament sədri və nümayəndə heyətinin həmin iclasa yüksək səviyyədə qatılacağı gözlənilir”, - deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az