QMİ sədri “Qurani-Kərim”in yandırılmasına cəhddən danışdı - FOTO

14:48 - 25 Aprel 2022

QMİ sədri “Qurani-Kərim”in yandırılmasına cəhddən danışdı - FOTO

"Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarını, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyirəm".

 

Manset.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə verdiyi iftar süfrəsində deyib.

A.Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az