"Qızıl top" mükafatına ən real namizədlərin siyahısı YENİLƏNİB

17:26 - 26 Aprel 2022

\"Qızıl top\" mükafatına ən real namizədlərin siyahısı YENİLƏNİB

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını qazanmağa ən real namizədlərin siyahısı yenilənib.

 

Manset.az "Goal" nəşrinə istinadən xəbər verir ki, siyahıya hələ də İspaniyanın "Real Madrid" klubunun və Fransa millisinin futbolçusu Kərim Benzema başçılıq edir.

İngiltərə "Liverpul"unda çıxış edən misirli Məhəmməd Salah bir pillə irəliləyərək ikinci olub. 30 yaşlı hücumçu Almaniya "Bavariya"sında çıxış edən polşalı Robert Levandovskini qabaqlayıb.

"Real Madrid"in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç 5-ci pillədən 7-ci yerə düşüb. Onu "Liverpul"un seneqallı oyunçusu Sadio Mane və İngiltərə "Mançester Siti"sindən belçikalı Kevin De Brüyne qabaqlayır.

Nəşrin tərtib etdiyi 20 oyunçudan ibarət siyahıya Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldu düşməyib.

İlk "10-luq"
1. Kərim Benzema - ("Real Madrid", Fransa)
2. Mohamed Salah - ("Liverpul", Misir)
3. Robert Levandovski - ("Bavariya", Polşa)
4. Kilian Mbappe - (PSJ, Fransa)
5. Sadio Mane - "Liverpul, Seneqal)
6. Kevin De Brüyne - "Mançester Siti", Belçika)
7. Luka Modriç - ("Real Madrid", Xorvatiya)
8. Vinisius Junior - ("Real Madrid", Braziliya)
9. Fil Foden ("Mançester Siti", İngiltərə)
10.Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az