Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edildi

11:28 - 27 Aprel 2022

Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edildi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib.

 

Manset.az "report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az