Bakıda polis azarkeşi stadiondan çıxardı - Səs-küy salırmış... - FOTO

12:25 - 27 Aprel 2022

Bakıda polis azarkeşi stadiondan çıxardı - Səs-küy salırmış... - FOTO

I Divizionun 24-cü turunda MOİK – “Sumqayıt-2” ilə qarşılaşmasında polis əməkdaşları stadionda matçı izləyən azarkeşlərdən birini oradan uzaqlaşdırıb.

 

Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-ə stadiondan kənarlaşdırılan Şamxal Hacıyev məlumat verib.

O bildirib ki, normal və sivil insanlar kimi stadionda matçı izləyib. Ara-sıra oyundakı epizodlara emosional yanaşsa da, heç bir təhqiramiz ifadə işlətməyib və kobudluq etməyib.

Lakin oyun gedən vaxt polis əməkdaşları ona yaxınlaşaraq stadiondan çıxarıblar. Səbəb kimi onun stadionda səs-küy salmasını əsas gətiriblər.

"Mən Binədə yaşayıram. MOİK – “Sumqayıt-2” matçı da Binədəki stadionda baş tutmuşdu. Oyun vaxtı 3-4 polis əməkdaşı məni stadiondan çıxardılar. Səbəb göstərdilər ki, sən səs-küy salırsan.

Bunu eşidən zaman əvvəlcə gülməyim gəldi. Açığı deyim ki, bir az inanmadım. Sonra məni stadiondan çıxarmaqla bağlı polisin qətiyyətini gördüm.

Sizi əmin edirəm ki, mən heç bir söyüş söyməmişdim. Artıq hərəkət etməmişdim. Sadəcə bəzi epizodlar zamanı hakimin qərarlarına sivil şəkildə etiraz edirdim.

30-40 nəfər azarkeşin içindən yalnız məni çölə çıxardılar. Bu mənə çox pis təsir elədi. Mən futbol azarkeşiyəm və bunu davam etdirəcəm",-deyə Şamxal Hacıyev bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az