Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı

14:53 - 27 Aprel 2022

Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı

Polis polkovniki işdən çıxarılıb.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.

V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az