Xersonda dinc aksiya rusiyalı hərbçilər tərəfindən qəddarlıqla dağıdıldı: Yaralananlar var - VİDEO

15:21 - 27 Aprel 2022

Xersonda dinc aksiya rusiyalı hərbçilər tərəfindən qəddarlıqla dağıdıldı: Yaralananlar var - VİDEO

Ukraynanın Xerson şəhərində Rusiya işğalına qarşı dinc etiraz aksiyası keçirilib.

 

Manset.az xəbər verir ki, aksiya elə ilk saatda qəddar şəkildə dağıdılıb. Belə ki, rusiyalı hərbçilər etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə ediblər.

Nəticədə azı dörd nəfər yaralanıb: 71 yaşlı qadında döş qəfəsində yanıqlar və ağciyərin yırtılması, 50 yaşlı kişidə ayağın açıq sınığı, iki kişidə isə gözün və burun-udlağın kimyəvi yanığı müəyyən olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az