Şuşada beynəlxalq konfrans – Hikmət Hacıyev açıqladı (FOTO)

09:05 - 28 Aprel 2022

Şuşada beynəlxalq konfrans – Hikmət Hacıyev açıqladı (FOTO)

Şuşada “Şuşa Məclisi Müzakirələri” formatında beynəlxalq konfrans keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb.

O qeyd edib: “Ağdamın adını daşıyan təyyarə ilə Füzuli hava limanına uçuruq. Məqsədimiz “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirməkdir. Şuşa həm də regionun diplomatik paytaxtı olur”.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az