Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Liderlər söhbət zamanı Ukraynada hazırda davam edən müharibə ətrafında fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, söhbət zamanı Putin Ərdoğana dünən Türkiyədə rusiyalı pilot Konstantin Yaroşenko ilə amerikalı dəniz piyadası Trevor Ridin mübadilə edilmsinə görə təşəkkür edib.