Gəncədə intihar hadisəsi baş verib.
Manset.az qafqazinfoya istinadən xəbər verir ki, hadisə şəhərin AKTA-6 adlanan yaşayış massivində qeydə alınıb.
1972-ci il təvəllüdlü Aytən Məhərrəmova yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın dəqiq səbəbi bilinməsə də, qadının əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.