Baş prokuror vətəndaşlarla görüşdü - FOTO

16:21 - 28 Aprel 2022

Baş prokuror vətəndaşlarla görüşdü - FOTO

Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib.

 

Qurumun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, qəbulda Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları iştirak ediblər.

Qəbulda Kamran Əliyev bölgədə yaşayan 23 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün müvafiq göstərişlər verib.

Daha sonra Baş prokuror Ağstafa, Qazax və Tovuz rayon prokurorluqlarının işçiləri ilə görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az