"Real" və “Mançester Siti” arasında cavab qarşılaşmasında üstün tərəf Madrid təmsilçisi olub.
Manset.az xəbər verir ki, madridlilər İngiltərə təmsilçisini 3:1 hesabı ilə məğlub edərək ÇL-in finalına çıxıb.
Madridin Santyaqo Bernabu stadionunda keçirilən görüşdə hesab 73-cü dəqiqədə açılıb. Riyad Marez “Real”ın qapısına ilk və yeganə qolu vurub. Rəqib komandanın oyunçuları isə bütün qolları uzatma dəqiqələrində vurublar. Əvvəlcə Rodriqo 90, 92-ci dəqiqələrdə, ardınca Benzema 95-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, “Real” finalda “Liverpul”la qarşılaşacaq.