Prezident Şuşada aparılacaq bərpa işləri ilə tanış OLDU

19:22 - 10 May 2022

Prezident Şuşada aparılacaq bərpa işləri ilə tanış OLDU

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.

Manşet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı və birinci xanım həmçinin “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az