Blinkendən Azərbaycanla Ermənistanın sülh danışıqları barədə - Açıqlama

21:58 - 11 May 2022

Blinkendən Azərbaycanla Ermənistanın sülh danışıqları barədə - Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Manşet.az xəbər verir ki, telefon danışığı əsnasında ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Entoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az