Pakistan Prezidenti İlham Əliyevi təbrik ETDİ

20:47 - 28 May 2022

Pakistan Prezidenti İlham Əliyevi təbrik ETDİ

Pakistan Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Manşet.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu il biz həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Son üç onillikdə Pakistan ilə Azərbaycan arasında qardaşlıq əlaqələri daha da möhkəmlənib.

Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığımız Sizin müdrik rəhbərliyinizlə bundan sonra da dərinləşəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az