“Ermənistan və Azərbaycan arasında avtomobil marşrutunun razılaşdırılması başa çatdırılır”.
Manset.az “TASS”a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Məlum olduğu kimi, dəmir yolu marşrutu artıq razılaşdırılıb. Hazırda isə avtomobil marşrutunun və tətbiq olunacaq rejimin razılaşdırılması başa çatmaq üzrədir. Sözügedən bu rejim sadələşdirilmiş olsa da, tam olaraq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq və burada heç bir ikimənalılıq ola bilməz”, - deyə Lavrov qeyd edib.
Bununla yanaşı, S.Lavrov iyunun 3-ü Üçtərəfli İşçi Qrupunun keçirilən sonuncu iclasını müsbət qiymətləndirib.