Qanunsuz ağac kəsən şəxs məsuliyyətə cəlb edildi

20:42 - 20 Yanvar 2023

Qanunsuz ağac kəsən şəxs məsuliyyətə cəlb edildi

Göygöldə qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun Şəhriyar kəndi ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən 2 ədəd qovaq ağacının kök hissəsindən kəsilməsi və təbiətə 2450 manat məbləğində ziyan dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən rayon sakini Savalan Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az