"Qazaxıstanda Heydər Əliyevin 100 illiyi qeyd ediləcək" - Nazir

18:41 - 09 Mart 2023

\"Qazaxıstanda Heydər Əliyevin 100 illiyi qeyd ediləcək\" - Nazir

Heydər Əliyevin Qazaxıstan üçün çox böyük qiyməti var, ölkəmizdə 100 illiyi qeyd ediləcək.

 

Manset.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kidirali bildirib.

Darxan Kidirali deyib ki, Heydər Əliyev Azərbaycan xalqının, Türk dünyasının böyük övladıdır, Qazaxıstan üçün də çox böyük qiyməti var: “Heydər Əliyev Qazaxıstanın çətin günlərində böyük şairimiz Abay Kunanbayevin yubileyində iştirak edib. Heydər Əliyevlə bağlı Qazaxıstanda xatirələr çoxdur. Heydər Əliyevin 100 illiyi ilə bağlı Qazaxıstanda konfranslar keçiriləcək, haqqında film olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az