Azər Zeynalov Bakıya istintaqa çağrılıb? - AÇIQLAMA

16:07 - 19 İyun 2023

Azər Zeynalov Bakıya istintaqa çağrılıb? - AÇIQLAMA

Bir neçə gündür Naxçıvan MR Ali Məclisinin sədrinin birinci müavini, hazırda sədr səlahiyyətlərini icra edən Azər Zeynalovun həbs edilərək Bakıya gətirilməsi ilə bağlı məlumatlar yayılıb.

 

Manset.az yayılan xəbərlə bağlı Azər Zeynalovla əlaqə saxlayıb. O Manset.az-a açıqlamasında xəbərin yalan olduğunu bildirib.

"İndiyə qədər nədən istəyiblər yazıblar, davam eləsinlər, mən bir söz demirəm. Bir problem yoxdur, bunlar sadəcə ürək bulandırırlar. Bakıya bir neçə günlük öz işimlə bağlı gəlmişdim. Gördüm yazırlar bir gün də tez qayıtdım. Hazırda oturmuşam otağımda, işimdəyəm. Mən istintaqa çağrılmamışam."

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az