Bu, bizim böyük uğurumuzdur - İcma sədri

18:22 - 20 İyun 2023

Bu, bizim böyük uğurumuzdur - İcma sədri

Qərbi Azərbaycan İcmasının əsas məqsədi son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımızın başına gətirilən faciələri dünya ictimaiyyətinə çatdırmaqdır.

 

Manset.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

İcma sədri bildirib ki, ilk dəfə olaraq Qərbi Azərbaycan İcmasının bir neçə sənədi BMT-nin tribunasından dünyaya çatdırılıb, həmçinin qurumun bütün rəsmi dillərdə dünyanın 190 dövləti arasında yayılıb.

"Bu, bizim böyük uğurumuzdur. Çünki ilk dəfədir dünya Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində baş verən hadisələr haqqında dəqiq məlumat ala bildi",- deyə Əziz Ələkbərli vurğulayıb.

O əlavə edib ki, Azərbaycan qaçqınlıqdan ən çox əziyyət çəkən dövlətlərdən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az