Fehruz Zehirov yüksək vəzifəyə təyin edildi

12:21 - 21 İyun 2023

Fehruz Zehirov yüksək vəzifəyə təyin edildi

Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik Hüququ Şəxsə yeni rəhbər təyin edilib.

 

Manset.az-ın məlumatına görə, Naxçıvan MR Səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini vəzifələrini müvəqqəti icra edən Samir Sadıxovun müvafiq əmri ilə Fehruz Zehirov nazirin Muxtar Respublika Xəstəxanası Publik Hüququ Şəxs üzrə səlahiyyətli nümayəndəsi – direktor vəzifəsinə təyin edilib. Fehruz Zehirov bundan əvvəl Səhiyyənin Təminat Mərkəzinin İdarə heyətinin sədr müavini vəzifəsində çalışıb. Onun MBA üzrə İsveçrədə magistr təhsilli olduğu bildirilib.

 

Qeyd edək ki, adıçəkilən xəstəxananın baş həkimi Zəbur Bağırov ötən gün işdən çıxarılıb. Xəstəxana publik hüquqi şəxs olduğu üçün orda sturuktur dəyişikliyi edilərək direktor və müavin vəzifələri təsis ediləcək.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az