Ceyhun Bayramov britaniyalı həmkarı ilə görüşdü - FOTO

19:46 - 21 İyun 2023

Ceyhun Bayramov britaniyalı həmkarı ilə görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

"Tərəflər Azərbaycan və Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onun genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb", - Azərbaycan XİN bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az