Fransanın paytaxtı Parisdə qaz sızması nəticəsində partlayış baş verib. Qaz partlayışı nəticəsində bina qismən dağılıb.
Bu barədə Manset.az "TRT Haber"-ə istinadən xəbər verir.
Parisin 5-ci dairəsi merinin müavini Eduard Sivel Twitter səhifəsində qaz sızması səbəbindən Val de Qreys məhəlləsində partlayış baş verdiyini açıqlayıb.
Bir çox mənzildə yanğın olduğunu bildirən Civel, yanğınsöndürənlərin müdaxilə edə bilməsi üçün bölgə xalqını hadisə yerindən uzaq durmağa çağırıb.
Fransanın daxili işlər naziri Gerald Darmanin də Tvitter hesabında yanğının bölgədəki Saint-Jacques küçəsində davam etdiyini və yanğınsöndürənlərin hadisə yerinə göndərildiyini açıqlayıb.
Fransa mətbuatında yer alan xəbərə görə, 7-si ağır olmaqla 16 nəfər yaralanıb, bir bina uçub.
Paris meri Ann Hidalqo da hadisə yerinə gedib.
Paris Prokurorluğu partlayışın səbəbinin hələ dəqiq bilinmədiyini bildirib.
Hadisə yerində 230 yanğınsöndürən və 9 həkim çalışır.
Jalə
Manşet.az