Prezident mühüm FƏRMAN imzaladı

15:40 - 22 İyun 2023

Prezident mühüm FƏRMAN imzaladı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Fərmanında dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 milyard 990 milyon 947 min 200 manatdan 16 milyard 337 milyon 500 min manata, xərcləri isə 11 milyard 392 milyon 336 min 500 manatdan 11 milyard 850 milyon 36 min 500 manata qaldırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az