Bu gün millət vəkili Emin Hacıyev YAP Sumqayıt şəhər təşkilatında seçicilərlə görüşüb.
Manset.az xəbər verir ki, millət vəkili vətəndaşları fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib, problemlərin həlli üçün müzakirələr aparıb. Bəzi məsələlərlə bağlı seçicilərin yazılı müraciəti alınıb.
Səsləndirilən müraciətlər əsasən səhiyyə, məşğulluq, maddi təminat və sosial məsələlərlə bağlı olub.
Görüşdə vətəndaş müraciətlərində əksini tapan bəzi məsələləri yerində həllini tapıb.Digər müraciətlərin araşdırılması üçün millət vəkili Emin Hacıyev aidiyyəti orqanlara sorğular göndərib.