Azərbaycan və Türkiyənin DİN başçıları danışıqlar apardı

23:03 - 22 İyun 2023

Azərbaycan və Türkiyənin DİN başçıları danışıqlar apardı

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "Twitter" hesabında yazıb.

"Jandarm Qüvvələri Komandanı ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq.

Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az