Sevda qızının üzünü niyə göstərmir? - FOTO

23:31 - 22 İyun 2023

Sevda qızının üzünü niyə göstərmir? - FOTO

“Hələ Ayla balacadır. Bir az böyüsün, onu da özümüzlə gətirəcəyik”.

 

Manset.az xəbər verir ki, bu sözləri “MTV Xəbər”ə müğənnİ Sevda Yahyayeva deyib. O, övladının üzünü göstərməmə səbəbindən danışıb:

“Göz, nəzər var. Ona görə qorxuram, özüm üçün yox. Fikirləşirəm ki, balacaya göz dəyər. Bir yaşı olsun, məni sevənlərlə onu tanış edəcəyəm”.

Sevda həmçinin həyat yoldaşı Zakir Bayramovun ona sənətdə göstərdiyi dəstəkdən söz açıb:

“Evdə də dəstək var. Əksinə məcbur edir ki, işlə, yeni mahnılar axtar. Hər bir işi ailəmlə məsləhət edib, sonra qərarı özüm verirəm. Mənfi rəylərə fikir vermirəm, təhqirləri qəbul etmirəm, tənqid ola bilər. Hamı məni bəyənmək məcburiyyətində deyil. Eynilə mən də”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az