Azərbaycan və İran XİN başçıları telefonla danışıb

19:02 - 25 İyun 2023

Azərbaycan və İran XİN başçıları telefonla danışıb

İyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, tərəflər Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə ediblər.

İkitərəfli və regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların və qarşılıqlı təmasların vacibliyi qeyd olunub.

Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az